Azərbaycan universitetlərindən biri televiziyası üçün müsabiqə elan edib

Azərbaycan universitetlərindən biri televiziyası üçün müsabiqə elan edib Aprel ayının 15-dək namizədlərin sənədləri qəbul olunacaq
Elm və təhsil
102
31 Mart , 2016 11:00
Azərbaycan universitetlərindən biri televiziyası üçün müsabiqə elan edib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universiteti(ADU) aparıcı/müxbir vakansiyası üzrə müsabiqə elan edib.

Bu barədə "Report"a ADU-nun İnsan Resursları Departamenti və İnformasiya Resurs Kompleksindən məlumat verilib.

Məlumata görə, ADU IRK TV studiyası aparıcı/müxbir vəzifəsinə elan etdiyi müsabiqəyə müraciət edən namizədlərdə ali təhsilə, 2 il televiziya sahəsində iş təcrübəsinə, dil biliklərinə üstünlük veriləcək. Nitqi və görünüşü efirə yaraşan şəxslərin seçilmə şansı yüksəkdir.

Seçim üçün dəvət alan şəxslər mütləq gördükləri işlərdən (məqalə, intervyu, reportaj, sujet və sair materiallar) seçim komissiyasına təqdim etməlidir.

Qeyd edək ki, aprel ayının 15-dək namizədlərin sənədləri qəbul olunacaq. Namizədlər CV-lərini başlıq yerinə "Müxbir" yazaraq "[email protected]" elektron poçt ünvanına göndərə bilər. Əlaqə: 4413680, 

Son xəbərlər

Orphus sistemi