Azərbaycan Türkiyə ilə birgə “Bilim Bakı” mərkəzi yaradacaq

Azərbaycan Türkiyə ilə birgə “Bilim Bakı” mərkəzi yaradacaq Azərbaycan Türkiyə ilə birgə “Bilim Bakı” mərkəzi yaradacaq.
Elm və təhsil
22 Sentyabr , 2021 12:53
Azərbaycan Türkiyə ilə birgə “Bilim Bakı” mərkəzi yaradacaq

Azərbaycan Türkiyə ilə birgə “Bilim Bakı” mərkəzi yaradacaq.

"Report" xəbər verir ki, bununla bağlı İstanbulda keçirilən IV “Texnofest” Festivalı çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "Baykar Makina" şirkətinin rəhbəri, "Türkiyə Texnologiya Komandası” Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar arasında mərkəzin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanıb.

Mərkəz ASAN Xidmətin açılışı yaxın müddətdə nəzərdə tutulan növbəti "ASAN Həyat" kompleksində fəaliyyət göstərəcək.

Mərkəzdə texnologiya, süni intellekt, əşyaların interneti, robototexnika və proqramlaşdırma, kibertəhlükəsizlik, enerji texnologiyaları, riyaziyyat, təbiət elmləri, astronomiya, kosmos və aviasiya və digər istiqamətlərdə təlimlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi