Azərbaycan “Turkiye Bursları” təqaüd proqramlarına ən çox maraq göstərən ölkələr sırasındadır.
Bunu “Report”a Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin İdarəsindən (YTB) bildirilib.
“Xeyli azərbaycanlı tələbə Türkiyədə təhsil almaq istəyir və bir qayda olaraq, təqaüd üçün müraciət edir. Türkiyənin “Turkiye Bursları” adlı təqaüd proqramı var. Türkiyədə təhsil almağa marağın böyük olması onun azərbaycanlı tələbələrə həm coğrafi, həm dil, həm də mədəniyyət baxımından yaxın olması ilə əlaqəlidir”, - YTB-dən qeyd edilib.
Təşkilatdan vurğulanıb ki ki, təqaüdü daha çox əfqanıstanlı tələbələr qazanırlar. Hər il Türkiyədə pulsuz təhsil almaq üçün dünyadan orta hesabla 165 min müraciət daxil olur, onlardan təxminən 5 mini təsdiq olunur.
Xatırladaq ki, “Turkiye Bursları” Türkiyə hökuməti tərəfindən xarici tələbələr üçün maliyyələşdirilən beynəlxalq təqaüd proqramıdır.