Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlanılıb
Elm və təhsil
- 02 dekabr, 2021
- 11:48
“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlanılıb. İki qardaş ölkənin razılığı ilə ali təhsil ocağının yaradılması ciddi əmək tələb edir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.
O qeyd edib ki, bu məsələ bir qədər vaxt tələb edir: “Çalışacağıq ki, yaxın gələcəkdə bu məsələni həll edək. Azərbaycanda universitet açmağı planlaşdırırıq. Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq ediləcək. Bu, bir ilkdir. Bəlkə də dünya təcrübəsində belə fakt var, amma mən məlumatsızam. Yeni modellə bu ali təhsil müəssisəsini quracağıq”.
Özvar ortaq universitetin yaradılması planının iki ölkə başçılarının ortaq istəyi ilə yaradılacağını xatırladıb.
Son xəbərlər
02:37
Pentaqon rəhbəri nüvə sınaqlarının davam etdiriləcəyini açıqlayıb
Digər ölkələr02:11
Türkiyədə fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub
Region01:42
Video
"Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət01:13
Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib
Digər ölkələr01:05
"Axios": ABŞ həm Rusiyanı, həm də Ukraynanı məcbur edir ki, güzəştə getsin
Digər ölkələr00:46
Ronaldu Trampa zəng edib
Digər ölkələr00:38
Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Digər ölkələr00:31
Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib
Digər ölkələr00:16