​Azərbaycan Tibb Universiteti işçilərinin maaşı artırılıb

​Azərbaycan Tibb Universiteti işçilərinin maaşı artırılıb Fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050 manat əmək haqqı alacaqlar
Elm və təhsil
19 Mart , 2015 13:39
​Azərbaycan Tibb Universiteti işçilərinin maaşı artırılıb

Bakı. 19 mart. REPORT.AZ/ Cari ilin aprel ayının 1-dən etibarən Azərbaycan Tibb Universitetində (ATU) inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor- müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına, o cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib. Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində professor-müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.

Son xəbərlər

Orphus sistemi