Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə Gülhanə tibb fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub

Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə Gülhanə tibb fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub Seçim zamanı uğur qazanmış 12 namizədin Gülhanə tibb fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır
Elm və təhsil
16 İyul , 2018 15:03
Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə Gülhanə tibb fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2018/2019-cu tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub.

Dövlət İmtahan Mərkəzindən “Report”a daxil olan məlumata görə, müsabiqədə 2018-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 36 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 12 namizədin Gülhanə tibb fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi