Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək

Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək.
Elm və təhsil
27 Oktyabr , 2023 11:05
Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək

Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti İsa Həbibbəyli qurumun Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin iyulun 12-də keçirilən iclasında İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və Şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb: "Həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Şura üzvlərinin rəy və təkliflərinə əsasən, tədbirlər planının layihəsi hazırlanıb".

İ.Həbibbəyli həmçinin İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, ali təhsil müəssisələrinin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.

Qeyd edək ki, iclasda İraqda yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair tədbirlər planı təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi