Nazirlik: Avqustun 15-dən şagirdlərin yerdəyişməsi başlayacaq

Nazirlik: Avqustun 15-dən şagirdlərin yerdəyişməsi başlayacaq Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.
Elm və təhsil
1 Avqust , 2019 16:43
Nazirlik: Avqustun 15-dən şagirdlərin yerdəyişməsi başlayacaq

Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. 

“Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” avqustun 15-dən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi