“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580 şagird yeri ayrılıb
Elm və təhsil
16 Avqust , 2016 12:18
“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

Bakı. 16 avqust. REPORT.AZ/ Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanan “ASAN peşə” layihəsi ilk növbədə pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq.

Nazirlikdən “Report”a verilən məlumata görə, ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır.

Hazırda 1070 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 26-da başa çatacaq.

“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

2016-2017-ci tədris ilində Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 600 şagird yeri ayrılıb.

Son xəbərlər

Orphus sistemi