ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb Tədbirin sonunda Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub
Elm və təhsil
24 Noyabr , 2014 11:56
ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

Bakı. 24 noyabr. REPORT.AZ/ ARDNŞ prezidentinin müşaviri, "Azəri-Çıraq-Günəşli" layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüblər. "Report" xəbər verir ki, bu barədə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə çıxış edən BANM-in rektoru Elmar Qasımov ARDNŞ-nin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələri tələbələrin diqqətinə çatdırıb və onların şirkətin gələcək yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.

Daha sonra ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda Azəri-Çıraq-Günəşli yatağının dünya səviyyəsində ən iri neft yataqlarından olduğunu, 1994-cü ildə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanan “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edildi. Həmçinin təqdimatda layihənin ölkə başçısı İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində qabaqcıl rolundan və bu neft kəmərinin dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcəyindən prezidentin “Neft kapitalının insan kapitalına çevirək” şüarının əyani sübutu olduğu qeyd edilib.

Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olunub və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim edilib.

Son xəbərlər

Orphus sistemi