AMEA Yüksək Texnologiyalar Parkının yaradılması məqsədilə İşçi qrup yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkının yaradılması məqsədilə İşçi qrup yaradılıb "Yeni park elm-sənaye-dövlət üçbucağını yaratmaqla yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracaq"
Elm və təhsil
18 Noyabr , 2016 16:58
AMEA Yüksək Texnologiyalar Parkının yaradılması məqsədilə İşçi qrup yaradılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin "AMEA Yüksək Texnologiyalar parkının yaradılması haqqında" sərəncamının icrasını təmin etmək məqsədilə akademiyada İşçi qrup yaradılıb. 

"Report"un xəbərinə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

AMEA prezidenti Akif Əlizadə deyib ki, sənədin əsas məqsədi müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, eləcə də yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaqdır: "Yeni park elm-sənaye-dövlət üçbucağını yaratmaqla yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracaq".

Yığıncaqda AMEA-nın vitse prezidenti İbrahim Quliyev İşçi qrupa sədr, AMEA-nın işlər idarəsinin rəisi Fətəli Abdullayev, Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasıyev, İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev isə üzv təyin ediliblər. 

İşçi qrupa təkliflərin hazırlanaraq dekabrın 1-dək akademiyanın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi