AMEA: Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar istehsal edilir

AMEA: Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar istehsal edilir Akif Əlizadə həyata keçirilən yeniliklərlə tanış olmaq məqsədilə “YT Park”da olub
Elm və təhsil
25 Aprel , 2017 17:47
AMEA: Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar istehsal edilir
www.science.gov.az

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə həyata keçirilən yeniliklərlə tanış olmaq məqsədilə Yüksək Texnologiyalar Parkında (“YT Park”) olub.

Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Akif Əlizadə müasir tələblərə cavab verən məhsulların istehsal şəraitinə və hərbi təyinatlı layihələri həyata keçirmək üçün yaradılan laboratoriyalara baxış keçirib. Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlər görülür, rəqabətqabiliyyətli məhsullar istehsal edilir.

Akademik Akif Əlizadə tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalara transferi və hərbi təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində “YT Park”ın fəliyyətini uğurlu nəticə kimi qiymətləndirib.
Görüşdə AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsinin rəisi Zülfüqar Fərzəliyev və digərləri iştirak ediblər.