AMEA Şuşanın mühazifə zonası, abidələri və reklam qurğuları ilə bağlı təkliflərini təqdim edib

AMEA Şuşanın mühazifə zonası, abidələri və reklam qurğuları ilə bağlı təkliflərini təqdim edib Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Humanitar Elmlər Bölməsinin (HEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.
Elm və təhsil
27 Aprel , 2022 13:47
AMEA Şuşanın mühazifə zonası, abidələri və reklam qurğuları ilə bağlı təkliflərini təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Humanitar Elmlər Bölməsinin (HEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

"Report"un xəbərinə görə, hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli təqdim edib.

O, diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən imzalanmış 31 may 2021-ci il tarixli “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar dövlət orqanlarının müraciətinə əsasən Şuşa şəhərinin mühazifə zonasının müəyyənləşdirilməsi, bu ərazidə yerləşən abidələrin qorunması, monitorinqinin keçirilməsi, üzərində reklam qurğularının yerləşdirilməsinin qadağan edilməsinə dair abidələrin siyahısının tərtib edilməsi ilə bağlı Memarlıq və İncəsənət İnstitutunun mütəxəssisləri tərəfindən müvafiq dövlət orqanlarına rəy və təkliflər təqdim edilib.

Bundan əlavə, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” ölkə başçısının 5 yanvar 2022-ci il tarixli Sərəncamından irəli gələrək Humanitar Elmlər Bölməsinin fəaliyyət proqramının hazırlandığını deyib.

Son xəbərlər

Orphus sistemi