AMEA: "Qarabağ və Zəngəzurun su ehtiyatlarından səmərəli istifadə ilə bağlı araşdırma aparılıb"

AMEA: "Qarabağ və Zəngəzurun su ehtiyatlarından səmərəli istifadə ilə bağlı araşdırma aparılıb" Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Yer Elmləri Bölməsinin (YEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.
Elm və təhsil
27 Aprel , 2022 12:59
AMEA: Qarabağ və Zəngəzurun su ehtiyatlarından səmərəli istifadə ilə bağlı araşdırma aparılıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Yer Elmləri Bölməsinin (YEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

"Report"un məlumatına görə, hesabatı bölmənin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov təqdim edib.

O, Qarabağ və Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından səmərəli istifadə, Azərbaycanda karbon dioksidin tutulması və istifadəsi, həmçinin qlobal iqlim dəyişikliklərinin ətraf mühitə təsiri və s. istiqamətlərdə araşdırmaların aparıldığını diqqətə çatdırıb.

Sonra akademik Fəxrəddin Qədirov YEB üzrə aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə toxunub.

Bildirib ki, bölməyə daxil olan müəssisələrdə ölkənin müdafiə qüdrətinin artırılması, neft və qazın geologiyası və geokimyasının fundamental problemləri, neft-qaz yataqlarının işlənilməsi, palçıq vulkanizmi, Yerin geofiziki sahələri və təbiəti, müasir geodinamika və seysmologiya, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının yeni innovativ üsullarla təhlili, alternativ enerji mənbələri, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi, iqlim dəyişmələri və Qarabağ ərazisində geodinamik və seysmik şəbəkənin təşkili və ümümdünya sistemlərinə daxil edilməsi, Qarabağ ərazisinin toponimi: oykonim, оrоnim və hidronimlərin öyrənilməsi, su balansı və su ehtiyatlarının tədqiqi, demoqrafiya və digər mühüm istiqamətlər üzrə kompleks tədqiqatlar aparılır.

Son xəbərlər

Orphus sistemi