AMEA prezidenti: "Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur"

AMEA prezidenti: "Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur" "Xarici dil biliyi mütləq lazımdır"
Elm və təhsil
7 Fevral , 2018 17:06
AMEA prezidenti: Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur
Akif Əlizadə / Report/ Firi Salim

Bakı. 7 fevral. REPORT.AZ/ "Bu gün Azərbaycana çox sayda ingilis dilli muğam tədqiq edən alimlər gəlsə də, bizim mütəxəssislər dil probleminə görə onlarla ünsiyyət yarada bilmirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı deyib.

AMEA-nın prezidenti qeyd edib ki, ölkədə ingilis dilində muğam tədqiq edənlər yoxdur: "Ona görə də Akademiyaya magistr qəbulu zamanı bu məsələ mütləq nəzərə alınmalıdır".

A.Əlizadə əlavə edib ki, xarici dil biliyi mütləq lazımdır.

Son xəbərlər

Orphus sistemi