AMEA prezidenti: "800 alimdən 150-si evin pulunu ödəyib"

AMEA prezidenti: "800 alimdən 150-si evin pulunu ödəyib" İyirmi beş il bundan əvvəl mənzil növbəsinə yazılan 100-dən çox ailədən 80-i mənzillə təmin olunub.
Elm və təhsil
1 May , 2019 09:30
AMEA prezidenti: 800 alimdən 150-si evin pulunu ödəyib
AMEA-nın prezidenti Akif Əlizadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

"İyirmi beş il bundan əvvəl mənzil növbəsinə yazılan 100-dən çox ailədən 80-i mənzillə təmin olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, bu işlər davam etməkdədir: "Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik. Əvvəlki illərdə növbədə duranlarla bağlı hərc-mərclik var idi. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, çalışmayan insanlar növbəyə yazılmışdı. Onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi. Bu günə qədər də o istiqamətdə addımlayırıq".

O əlavə edib ki, Saray qəsəbəsində "Science City" tikilir: "Orada kvadratmetri 450 manata olan mənzillərin alınması üçün 800 alim yazılıb. Onlardan 150 nəfəri artıq pulunu ödəyib. Biz ipotekanı gözləyirik. O olan kimi pul verənləri sayı 500-ü keçəcək".

Son xəbərlər

Orphus sistemi