AMEA-nın ümumi yığıncağı keçirilir

AMEA-nın ümumi yığıncağı keçirilir AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.
Elm və təhsil
29 Noyabr , 2023 10:43
AMEA-nın ümumi yığıncağı keçirilir

AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

"Report" xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda məruzə ilə çıxış edir.

Son xəbərlər

Orphus sistemi