AMEA-nın Naxçıvan Bölməsi işçi axtarır

AMEA-nın Naxçıvan Bölməsi işçi axtarır Müsabiqədə yerlərə uyğun olan elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər
Elm və təhsil
28 Sentyabr , 2017 09:56
AMEA-nın Naxçıvan Bölməsi işçi axtarır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsi elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarında ştatda boş olan şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifəsini tutmaq üçün müsabiqə elan edib. 

"Report" xəbər verir ki, vakant yerlər bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsində şöbə müdiri (1 yer), böyük elmi işçi (1 yer), Yeni və ən yeni tarix şöbəsində aparıcı elmi işçi (1 yer), böyük elmi işçi (1 yer), İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsində şöbə müdiri (1 yer), Musiqi və teatr şöbəsində şöbə müdiri (1 yer), böyük elmi işçi (1 yer), Dilçilik şöbəsində şöbə müdiri (1 yer), böyük elmi işçi (1 yer), Folklorşünaslıq şöbəsində şöbə müdiri (1 yer), Ədəbiyyatşünaslıq şöbəsində şöbə müdiri (1 yer), böyük elmi işçi (1 yer), Təbii Ehtiyatlar İnstitutu Coğrafiya şöbəsində şöbə müdiri (1 yer), Fiziki tədqiqatlar şöbəsində böyük elmi işçi (1 yer), İqtisadiyyat şöbəsində böyük elmi işçi (1 yer) Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsində aparıcı elmi işçi (1 yer), böyük elmi işçi (2 yer), Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında böyük elmi işçi (1 yer), Nəbatat şöbəsində böyük elmi işçi (1 yer), Biokimyəvi tədqiqatlar laboratoriyasında böyük elmi işçi (1 yer), Zooloji tədqiqatlar laboratoriyasında böyük elmi işçi (1 yer), Əlyazmalar Fondu Əlyazmaların toplanması şöbəsində şöbə müdiri (1 yer), Əlyazmaların kataloqlaşması, tədqiqi və nəşri şöbəsində şöbə müdiri (1 yer) vəzifələrindən ibarətdir.

Müsabiqədə yerlərə uyğun olan elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlərin qəbulu oktyabrın 28-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi