AMEA-nın Fiziologiya İnstitutu narkotik asılılığına qarşı yeni üsul tapıb

AMEA-nın Fiziologiya İnstitutu narkotik asılılığına qarşı yeni üsul tapıb İclasda “Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu” mövzusunda məruzə dinlənilib
Elm və təhsil
7 Dekabr , 2016 20:31
AMEA-nın Fiziologiya İnstitutu narkotik asılılığına qarşı yeni üsul tapıb
Report

Bakı 7 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. 

AMEA-nın  Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif-Ala Mehdiyevin “Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu” mövzusunda məruzəsi dinlənilib. 

Alim bildirib ki, narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığı üçün indi tibbi problemdən sosial problemə çevrilib. İnsan şəxsiyyətinin deqradasiyasına gətirən narkotik asılılığın öyrənilməsi üzrə tədqiqatlardan söz açan alim diqqətə çatdırıb ki, müxtəlif preparatların narkotik asılılığı olan heyvanlara yeridilməsi baş beyin strukturlarında serotoninin miqdarının kəskin artması ilə müşayiət edilir.

A.Mehdiyev bu göstəriciləri nəzərə alaraq, Fizi­o­logiya İnstitutunda tədqiqatlar aparıldığını, alınmış nəticələrin gələcəkdə müxtəlif mənşəli narkotik maddələr vasitəsilə yaranan asılılığın kor­reksiyası məqsədilə tətbiq edilə biləcəyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Fizi­o­logiya İnstitutuna narkotik asılılığın korreksiyasının yeni üsulunun işlənməsi üzrə aparılan tədqiqatları genişləndirmək tapşırığı verilib. Zəruri elmi nəticələrin əldə olunması üçün maddi-texniki bazanın gücləndirilməsi, həmçinin Səhiyyə Nazirliyi ilə birgə elmi tədqiqatların aparılmasının məqsədəuyğunluğu ifadə olunub.

Son xəbərlər

Orphus sistemi