AMEA-nın əməkdaşı "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalına layiq görülüb

AMEA-nın əməkdaşı "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalına layiq görülüb "Avropa Nəşr Mətbuat Evi" tarix üzrə elmlər doktoru Əsədulla Cəfərovu mükafatlandırıb
Elm və təhsil
127
1 İyul , 2015 16:25
AMEA-nın əməkdaşı Ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalına layiq görülüb

Bakı. 1 iyul. REPORT.AZ/ AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov "Avropa Nəşr Mətbuat Evi"nin mükafatına layiq görülüb. Bu barədə "Report"a institutdan məlumat verilib.

Nəşr Evinin Mükafat komissiyası Ə.Cəfərova "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı verilməsi haqda qərar qəbul edib.

Alim bu mükafata milli-mənəvi dəyərlərin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlara, çoxsaylı elmi-publisistik kitablara, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və ölkədə arxeologiya elminin inkişafındakı xidmətlərinə görə layiq görülüb.