AMEA-nın 70 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

AMEA-nın 70 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb Bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında qərar qəbul edilib
Elm və təhsil
21 Yanvar , 2015 17:04
AMEA-nın 70 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ AMEA-nın 70 illik yubileyinə həsr olunan Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. "Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Belə ki, yubileylə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etmək üçün AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrliyi ilə İşçi Qrupunun və onun tərkibinin yaradılması qərara alınıb.

R.Əliquliyevə yubileylə əlaqədar tədbirlərin icrası ilə bağlı təklifləri hazırlayaraq AMEA prezidentinə təqdim etməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi