AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub AMEA-nın yaşı 65-dən yuxarı olan əməkdaşlarının vaksinasiyasına başlanılıb
Elm və təhsil
24 Fevral , 2021 12:40
AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşı 65-dən yuxarı olan əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.

AMEA-nın Azad Həmkarlar İttifaqından "Report"a verilən məlumata görə, ötən gün TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib.

Qeyd olunub ki, 400-dən çox əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar: "Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Son xəbərlər

Orphus sistemi