AMEA-nın 121 əməkdaşına “Əmək veteranı” adı və vəsiqəsi veriləcək

AMEA-nın 121 əməkdaşına “Əmək veteranı” adı və vəsiqəsi veriləcək “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi üçün komissiyanın iclası keçirilib
Elm və təhsil
3 Dekabr , 2014 14:27
AMEA-nın 121 əməkdaşına “Əmək veteranı” adı və vəsiqəsi veriləcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Birləşmiş Veteranlar Şurasının (BVŞ) kuratoru, akademik Akif Hacıyevin rəhbərliyi ilə AMEA elmi müəssisə və təşkilatlarda çalışan veteranlara “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar komissiyanın iclası keçirilib. "Report" xəbər verir ki, tədbirdə AMEA İşlər İdarəsinin müdiri, komissiyanın üzvü Fətəli Abdullayev, AMEA Birləşmiş Veteranlar Şurasının sədr müavini, komissiyanın üzvü Eldar Quliyev, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II xüsusi şöbəsinin baş mütəxəssisi, komissiyanın katibi Tamilla Nağıyeva iştirak ediblər.

II xüsusi şöbənin rəisi E.Quliyev şuraya 12 təşkilatdan 121 sənədin daxil olduğunu bildirib. Onun sözlərinə görə, bu sənədlər komissiyanın iclasına qədər araşdırılıb, hər bir əməkdaşın sənədinə baxılaraq komissiya üzvlərinə təqdim edilib.

Akademik Akif Hacıyev şuraya daxil olan 121 sənədin müvafiq qaydaya uyğun olduğunu bildirib.

Sonda elmi müəssisə və təşkilatlardan daxil olan 121 əməkdaşın sənədləri məqbul hesab edilərək onlara “Əmək veteranı” adının və əmək veteranı vəsiqəsinin verilməsi qərara alınıb.

Tədbirdə “Əmək veteranı” adını almış əməkdaşlara əmək veteranı vəsiqəsinin verilməsinin elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən təntənəli şəraitdə təqdim olunması tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi