​AMEA "Epos və etnos" adlı beynəlxalq simpozium keçirəcək

​AMEA "Epos və etnos" adlı beynəlxalq simpozium keçirəcək Tədbirin təşkilatçıları akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutudur
Elm və təhsil
5 Noyabr , 2015 12:44
​AMEA Epos və etnos adlı beynəlxalq simpozium keçirəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Bakıda "Epos və etnos" beynəlxalq simpoziumu keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 6-7-də keçiriləcək tədbir “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunub.

Qeyd edək ki, bu il “Kitabi-Dədə Qorqud” eposunun bir boyunun alman şərqşünas alimi F.F.Dits tərəfindən tərcümə və nəşr edilməsinin, haqqında olduqca dəyərli, bu gün də elmi əhəmiyyətini itirməmiş fikirlər söyləməsinin 200 ili tamam olur. Həmin vaxtdan təxminən 100 il sonra türk xalqları ölməz abidələrinə sahib çıxmış, ötən müddət ərzində “Kitabi-Dədə Qorqud”la bağlı çox sayda araşdırmalar aparılıb.

Bununla da qorqudşünaslıq ayrıca sahə kimi formalaşıb.