AMEA əməkdaşlarının əməkhaqqının stimullaşdırılması təklif olunur

AMEA əməkdaşlarının əməkhaqqının stimullaşdırılması təklif olunur AMEA əməkdaşlarının əməkhaqqının təkmilləşdirilməsi təklif olunur.
Elm və təhsil
27 Aprel , 2022 12:20
AMEA əməkdaşlarının əməkhaqqının stimullaşdırılması təklif olunur

AMEA əməkdaşlarının əməkhaqqının stimullaşdırılması təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev çıxış edib.

Onun sözlərinə görə, mövcud hüquqi sənədlərə əsasən, Akademiyada əmək haqqının ödənilməsinin iki mexanizmi var: "Xüsusi cədvəl və vahid tarif cədvəli əsasında ödənilir. Bu mexanizmlərə görə, AMEA Rəyasət Heyəti aparatının siravi işçiləri elmi müəssisələrin baş direktorları, icraçı direktorları, elmi katibləri və elmi şöbələrin rəhbərlərindən çox maaş alır. Elmi müəssisələrdə İnzibati-İdarəetmə
və köməkçi heyətin elmi yaradıcı heyətlə əmək haqlarının Vahid Tarif Cədvəli üzrə eyni mexanizmlə ödənilməsi elmi işçilərdə motivasiya yaratmır. Təklif edirik ki, elmi işçilər kateqoriyasının əməyi baza əmək haqqı saxlanılmaqla elmi problemlərin (layihələr, qrantlar) ünvanlı maliyyələşdirilməsi əsasında motivasiya yaradıcı, stimullaşdırıcı mexanizmlər əsasında müəyyənləşdirilməsi üçün normativ hüquqi baza yaradılmalıdır".

Son xəbərlər

Orphus sistemi