AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanır

AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanır Bakı. 6 fevral. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.
Elm və təhsil
6 Fevral , 2019 14:37
AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanır
AMEA / Report

Bakı. 6 fevral. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.

"Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?" - sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması barədə əvvəlcədən məlumat vermək istəmədiyini deyib.

Son xəbərlər

Orphus sistemi