AMEA Radiasiya Problemləri İnstitutuna təyinatla bağlı xəbərə münasibət bildirdi - YENİLƏNİB

AMEA Radiasiya Problemləri İnstitutuna təyinatla bağlı xəbərə münasibət bildirdi - YENİLƏNİB Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr dəyişikliyi olub
Elm və təhsil
29 Yanvar , 2021 16:14
AMEA Radiasiya Problemləri İnstitutuna təyinatla bağlı xəbərə münasibət bildirdi - YENİLƏNİB
Elton Məmmədov

Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib.

"Report"un xəbərinə görə, bu gün AMEA-nın yaydığı açıqlamada bildirilib ki, bu məlumatın heç bir əsası yoxdur:

"Professor Elton Məmmədov hal-hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir".

28 yanvar, saat 18:03

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr dəyişikliyi olub.

"Report" xəbər verir ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

Professor Elton Məmmədov isə Radiasiya Problemləri İnstitutunun baş direktoru təyin olunub.

E.Məmmədov daha əvvəl akademiyanın İşlər idarəsinin müdiri vəzifəsində çalışırdı.

O.Səmədov bundan sonra institutun laboratoriyasında çalışacaq.

Son xəbərlər

Orphus sistemi