AMEA-da İslahatlar Komissiyasının yaradılması təklif olunur
- 27 aprel, 2022
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
AMEA-nın yığıncağında İslahatlar Komissiyasının yaradılması təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev çıxış edib.
Onun sözlərinə görə, qısa müddət ərzində irəli sürülən təkliflərin analizi, qiymətləndirilməsi, sistemləşdirilməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi, mükəmməl bir konsepsiyanın hazırlanması üçün peşəkar alim və mütəxəssislərdən ibarət İslahatlar Komissiyası yaradılmalıdır. Eyni zamanda AMEA-da bu islahatların təşkilini, qarşıya qoyulacaq vəzifələrın həyata keçirilmasını təmin etmək potensialına dinamik, çevik iş qabiliyyətinə malik adekvat yeni kadrlar cəlb olunmalıdır".