Almaniya ABŞ-nin kosmosda davranış standartları və Ayın tədqiqi ilə bağlı “Artemida sazişləri” adlanan təkliflərinə qoşulub.
“Report” xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA)
“Almaniya səfirinin Vaşinqtondakı iqamətgahında keçirilən mərasimdə Almaniya “Artemida sazişləri”ni imzalayan 29-cu ölkə oldu”, - idarənin saytında bildirilib.
“Almaniyanı “Artemida sazişləri” ailəsində salamlamaqdan məmnunam. Almaniya uzun müddətdir ki, NASA-nın ən yaxın və ən bacarıqlı beynəlxalq tərəfdaşlarından biridir”, - mərasimdə iştirak etmiş NASA-nın direktoru Bill Nelson söyləyib.
Qeyd edək ki, Birləşmiş Ştatların “Artemis” Ay proqramının adını daşıyan “Artemida sazişləri” ABŞ və digər ölkələr arasında bağlanan bəzi ikitərəfli müqavilələrdir. Sözügedən razılaşmanın əsasını 1967-ci il