Alimlər yaddaşı gücləndirən molekul aşkarlayıb
Elm və təhsil
- 04 fevral, 2021
- 09:32
Alimlər neyronları bərpa edən, yaddaş və koqnitiv bacarıqları gücləndirən molekul aşkarlayıblar.
“Report” “La Voz de Cádiz”ə istinadən bildirir ki, İspaniyanın Kadis və Sevilya universitetlərinin əməkdaşlarının bununla bağlı apardıqları araşdırmalar müsbət nəticə verib.
Araşdırmaçılar südləyən cinsindən olan bitkidən diterpen maddəsini əldə edə biliblər. Qeyd olunub ki, bu birləşmə proteinkinaz C (PKC) fermentini aktivləşdirir və emosiyaların formalaşması və yaddaşın möhkəmlənməsi mexanizmində iştirak edən hippokampda yeni neyronların yaradılmasına yol açır. Bunu siçanlar üzərində aparılan təcrübə təsdiqləyib.
Tədqiqatçıların sözlərinə görə, gələcəkdə bu maddə beyin travması alan pasiyentlərin müalicəsində tətbiq edilə bilər.
Son xəbərlər
10:00
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Maliyyə09:57
Video
Nərimanov ərazisində sursat aşkarlanıb
Hadisə09:43
Bakının Nərimanov rayonunun 2 küçəsində qaz olmayacaq
Energetika09:39
Futbolçunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə09:34
Səfir: Azərbaycan-İsrail sənədi superkompüterlərin hazırlanmasında əməkdaşlığı gücləndirəcək
Digər ölkələr09:32
Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulacaq
Komanda09:32
ABŞ Dövlət Departamentinin nümayəndəsi Qazaxıstanın XİN başçısı ilə danışıqlar aparacaq
Digər ölkələr09:17
"Kəpəz"in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
Hadisə09:13