Ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq həyata keçirməsi üçün yeni qaydalar müəyyən edilir.
“Report” xəbər verir ki, bu barədə “Ali təhsil haqqında” Qanun layihəsində maddə yer alıb.
Maddəyə əsasən, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilir.
Ali təhsil müəssisəsinin bu qanuna, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, beynəlxalq təcrübədən yararlanmaq, xarici ölkələrin ümumi təhsil müəssisələri, təşkilatları və fondları ilə əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək hüququ vardır.