Universitetlərə qəbul və məktəblərdə buraxılış imtahanlarının vaxtı gələn həftə açıqlanacaq

Universitetlərə qəbul və məktəblərdə buraxılış imtahanlarının vaxtı gələn həftə açıqlanacaq "Aidiyyəti qurumlarla danışıqlar gedir"
Elm və təhsil
29 Yanvar , 2015 12:05
Universitetlərə qəbul və məktəblərdə buraxılış imtahanlarının vaxtı gələn həftə açıqlanacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ "Gələn həftə ali təhsil müəssisələrinə qəbul və orta təhsil müəsisələrində buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlanacaq". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

TQDK sədri xatırladıb ki, bu günə qədər buraxılış imtahanları iyun ayında baş tuturdu: "Lakin bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına görə buraxılış imtahanları iyunun 7-nə kimi başa çatmalıdır. Regionlarda isə  həmişə olduğu kimi keçiriləcək. Ancaq bəzi region şəhərlərində hansı Olimpiadanın oyunlarının keçiriləcəyi də araşdırılır. Qəbul imtahanlarına gəlincə, bu, çox ciddi tədbirdir. Avropa Oyunları ciddi kütləvi tədbir olduğundan, logistik və təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu səbəbdən də aidiyyəti qurumlarla danışıqlar gedir".

TQDK sədri onu da qeyd edib ki, artıq 2015-2016-cı illər üçün magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların vaxtı keçən həftə açıqlanıb və Komissiyanın rəsmi saytında dərc edilib.

Son xəbərlər

Orphus sistemi