Nazirlik ali məktəblərdə ödənişli təhsilin ləğvilə bağlı deyilənlərə aydınlıq gətirib

Nazirlik ali məktəblərdə ödənişli təhsilin ləğvilə bağlı deyilənlərə aydınlıq gətirib "Ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq"
Elm və təhsil
26 Yanvar , 2015 12:22
Nazirlik ali məktəblərdə ödənişli təhsilin ləğvilə bağlı deyilənlərə aydınlıq gətirib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi təhsilə görə ödəniş haqlarının ləğvi mənasına gəlmir. Belə ki, ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq, təhsil haqqı isə əvvəlki kimi olacaq". "Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib.

Onun sözlərinə görə, orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki bazası, elmi pedoqoji potensialı, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq: "Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə, dövlət büdcəsindən ödənilmə var. Odur ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yer alan gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə qəbul planının ləğvindən gedir".

Qeyd edək ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması məsələsi yer alıb.

Son xəbərlər

Orphus sistemi