Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb
Elm və təhsil
- 14 fevral, 2022
- 12:17
Azərbaycanda ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi ilə mümkün olub.
Fərmanla ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata çatdırılıb.
Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Xatırladaq ki, hər il dövlət başçısının sərəncamı ilə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir.
Son xəbərlər
15:02
Yanvarda Azərbaycan 3 milyard kubmetrə yaxın qaz ixrac edib
Energetika14:57
TƏBİB Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayıb
Daxili siyasət14:51
Ötən ay Azərbaycan 3 milyon tona yaxın neft ixrac edib
Energetika14:50
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 27 % artırıb
Biznes14:50
"Naftoqaz" EBRD ilə qaz alışı üçün 85 milyon avro məbləğində qrant müqaviləsi imzalayıb
Digər ölkələr14:47
Foto
Türkiyəli alpinistlərin iştirakı ilə Haçadağa 10-cu zirvə yürüşü təşkil olunub
Fərdi14:43
Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb
Biznes14:43
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 %-dən çox azalıb
Biznes14:42