Akif Əlizadə: "AMEA-nın bütün torpaqları özünə qaytarılıb"

Akif Əlizadə: "AMEA-nın bütün torpaqları özünə qaytarılıb" "Akademiyanın 4 000 min hektar torpağından 1 700 hektarı erməni işğalı altındadır"
Elm və təhsil
29 Aprel , 2016 14:00
Akif Əlizadə: AMEA-nın bütün torpaqları özünə qaytarılıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Ermənistanın işğalı altında olan hissəni çıxmaq şərti ilə Azərbaycan Milli Elmlər Akademiyasının bütün torpaqları özünə qaytarılıb".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, hazırda 2 300 hektar torpaq Akademiya tərəfindən istifadə olunur: “Akademiya öz qüvvəsi ilə həmin torpaq sahələrində xüsusi əkin sistemi yaradır və biz orada eksperiment həyata keçirmək istəyirik”.

O vurğulayıb ki, Akademiyanın 4 000 min hektar torpağından 1 700 hektarı erməni işğalı altındadır. 

Son xəbərlər

Orphus sistemi