Agentlik direktoru: Peşə təhsili üzrə üç istiqamət əsasında proqramlar hazırlanıb

Agentlik direktoru: Peşə təhsili üzrə üç istiqamət əsasında proqramlar hazırlanıb Peşə təhsili sahəsində bacarıqların yaradılması ilə bağlı bir çox tədbirlərin həyata keçirilməsində iştirak edirik və bu il bəzi ilklərə imza atacağıq.
Elm və təhsil
20 May , 2024 13:04
Agentlik direktoru: Peşə təhsili üzrə üç istiqamət əsasında proqramlar hazırlanıb

Peşə təhsili üzrə üç istiqamət əsasında təhsil proqramları hazırlanıb.

Bunu “Report”a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin drektoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, ölkədə peşə təhsili üzrə üç istiqamət əsasında təhsil proqramları hazırlanıb:

"Bu il ölkə başçısı tərəfindən Azərbaycanda yaşıl enerji naminə həmrəylik ili elan olunub. Eyni zamanda, Azərbaycan artıq yaşıl enerjiyə keçid istiqamətində mühüm işlər görülür. Bu çərçivədə bir sıra qabaqcıl layihələrə imza atılıb, ölkəmizdə həm külək, həm də günəş enerjisi ilə bağlı böyük beynəlxalq layihələr icra olunur. Bu ilin ən əlamətdar hadisələrindən biri isə Azərbaycanda COP29-un keçirilməsi olacaq.

Təhsilin ən vacib pillələrindən biri kimi, peşə təhsili sahəsində bacarıqların yaradılması ilə bağlı bir çox tədbirlərin həyata keçirilməsində iştirak edirik və bu il bəzi ilklərə imza atacağıq. Biz artıq peşə təhsili üzrə üç istiqamət əsasında təhsil proqramları hazırlamışıq. Bundan başqa, Azərbaycanda hibrid avtomobillərin təmirinin təşkil olunmasına dair layihə də hazırlanır”.

Son xəbərlər

Orphus sistemi