Ağdaş şəhərnin Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev “Bilik günü” və məktəbin açılışı münasibəti ilə müəllim, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident
Təhsilə göstərilən qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan İdris İsayev bu sahədə qazanılan uğurlardan da söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, öz növbəsində, məktəbin müəllim və şagird kollektivini təbrik edib, eləcə də son illərdə rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 624 şagird yerlik məktəb 26 otaq, 2 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, informatika kabineti və idman zalından ibarətdir.







