Ağdaş və Bərdədə modul tipli 9 məktəbin tikintisinə 2,5 milyondan çox vəsait ayrılıb

Ağdaş və Bərdədə modul tipli 9 məktəbin tikintisinə 2,5 milyondan çox vəsait ayrılıb Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb
Elm və təhsil
7 Aprel , 2018 19:02
Ağdaş və Bərdədə modul tipli 9 məktəbin tikintisinə 2,5 milyondan çox vəsait ayrılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin quraşdırılması məqsədi ilə Təhsil Nazirliyinə 2 milyon 595 min manat vəsait ayrılıb

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə maliyyələşməni təmin etmək tapşırığı verilib.

Ağdaş və Bərdə rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Ağdaş rayonu Xınaxlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
2 Ağdaş rayonu Malay kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
3 Ağdaş rayonu Əmirmahmud kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 260 000
4 Bərdə rayonu İmamqulubəyli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
5 Ağdaş rayonu Binələr kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
6 Ağdaş rayonu Bulaqotağı kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 260 000
7 Bərdə rayonu Böyük Qəcər kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
8 Bərdə rayonu Nəcəfqulubəyli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 285 000
9 Bərdə rayonu Təhlə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Cəmi 2 595 000

Son xəbərlər

Orphus sistemi