Ağdamda Qarabağ xanlığının döyüş silahları tapılıb - FOTO

Ağdamda Qarabağ xanlığının döyüş silahları tapılıb - FOTO Ağdam. 13 dekabr. REPORT.AZ/ Ağdam rayonunda 3 əsrdən çox yaşı olan qədim döyüş silahları tapılıb.
Elm və təhsil
115
13 Dekabr , 2018 17:49
Ağdamda Qarabağ xanlığının döyüş silahları tapılıb - FOTO

Ağdam. 13 dekabr. REPORT.AZ/ Ağdam rayonunda 3 əsrdən çox yaşı olan qədim döyüş silahları tapılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, yerli sakinlər tərəfindən aşkar edilən qılınc, nizə və ox ucları rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib.

Ağdam rayon Tarix Diyarşünaslıq Muzeyinin fond müdiri Xatirə Kərimova bildirib ki, Mahrızlı və Qaradağlı kənd sakinləri uzun illərdir evlərində saxladıqları qədim döyüş alətlərini muzeyə könüllü şəkildə təhvil veriblər. Hazırda həmin alətlər muzeydə eksponat kimi qorunub saxlanılır və nümayiş etdirilir.

Qədim döyüş silahları XVII-XVIII əsrə, Qarabağ xanlığı dövrünə aid olduğu ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi