Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcək

Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcək Mayın 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə respublika elmi konfransı keçiriləcək.
Elm və təhsil
27 Mart , 2019 15:59
Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcək

Mayın 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə respublika elmi konfransı keçiriləcək.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib. 

Konfransın təşkilatçıları Akademiyanın Rəyasət Heyəti, Təhsil Nazirliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur.

Respublika konfransında AMEA-nın və Təhsil Nazirliyinin aparıcı alimləri ilə yanaşı, gənc tədqiqatçıların iştirakına xüsusi diqqət yetiriləcək.

Elmi konfransın nəticələrinə görə təqdim olunmuş məqalələrin toplu şəklində çap edilməsi, müvafiq qurumlara və elmi kitabxanalara paylanması nəzərdə tutulur.

Konfransın mövzuları:

1. Afad Qurbanov və Azərbaycan onomastikası

2. Afad Qurbanov və ümumi dilçilik məsələləri

3. Afad Qurbanovun elmi və ictimai fəaliyyətində əlifba məsələləri

Məqalələrin tərtib olunması qaydalarına gəlincə, məqalənin mətni A-4 formatda, Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, çalışdığı müəssisənin, təşkilatın adı, elmi dərəcəsi və elmi adı, e-poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamaqla (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) kodlaşdırılmalı və elektron şəkildə 10.05.2019-cu il tarixinədək [email protected] e-poçt ünvanına göndərilməlidir.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.

Ünvan: AMEA-nın Rəyasət Heyəti, 3-cü mərtəbə, 312-ci otaq

Tel.: (+994 12) 49226622, (+994 12) 4976982

Son xəbərlər

Orphus sistemi