​ADU-da Britaniyanın "Pearson" şirkəti ilə həyata keçirilən layihənin təqdimatı olub

​ADU-da Britaniyanın "Pearson" şirkəti ilə həyata keçirilən layihənin təqdimatı olub Təhsil nazirinin müavini bu layihənin əhəmiyyətini vurğulayıb
Elm və təhsil
183
21 Noyabr , 2014 15:12
​ADU-da Britaniyanın Pearson şirkəti ilə həyata keçirilən layihənin təqdimatı olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Böyük Britaniyanın "Pearson" şirkəti ilə anlaşma memorandumuna əsasən həyata keçirilən böyük layihələrdən biri olan EDI Cert TEFL (“İngilis dilini xarici dil kimi Tədris edən müəllimlərin Beynəlxalq Müəllimlik Sertifikatı”) adlı layihənin təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bugünkü tədbirin ölkədə yaddaqalan hadisələrdən biri olacağını söyləyərək, qloballaşma, mədəniyyətlərarası proseslər, Azərbaycanın beynəlxalq aləmə sıx inteqrasiyasının ölkədə xarici dillərin tədrisi, beynəlxalq səviyyədə kadrların yetişdirilməsi və Azərbaycan təhsil sisteminin modernləşməsi zərurətini daha da önə çəkdiyini deyib.

Daha sonra “Pearson” şirkətinin fəaliyyəti və təqdim edilən layihə haqqında videoçarx nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi