ADPU-nun şöbə müdiri vəfat edib

ADPU-nun şöbə müdiri vəfat edib Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) "İqtisadi və sosial fənnlər" kafedrasının müdiri Əli Allahverdiyev vəfat edib.
Elm və təhsil
24 Avqust , 2021 11:18
ADPU-nun şöbə müdiri vəfat edib
Əli Allahverdiyev

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Elmi təşkilat şöbəsinin müdiri Əli Allahverdiyev vəfat edib.

"Report" xəbər verir ki, o, bu gün 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Qulu oğlu Allahverdiyev 1952-ci ilin 22 martında Göyçə mahalının Cil kəndində anadan olub.

1959-1969-cu illərdə Cil kənd orta məktəbində təhsil alıb. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ümumiqtisad fakultəsinin siyasi iqtisad ixtisasına qəbul olunub.

1974-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirib, "iqtisadçı, siyasi iqtisad müəllimi" ixtisasını alıb.

1978–1981-ci illərdə Bakı Dövlət Universitetinin qiyabi şöbəsində aspiranturada oxuyan Əli Allahverdiyev 1987-ci ildə Daşkənd şəhərində namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Ə.Q.Allahverdiyev 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında "Bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, 1 dərsliyin, 3 monoqrafiyanın, 4 dərs vəsaitinin, iqtisadi nəzəriyyə üzrə proqram və metodik vəsaitlərin, 100-dən artıq elmi məqalənin müəllifidir.

Ə.Allahverdiyev Təhsil Nazirliyinin iqtisadiyyat üzrə metodiki komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin eksperti olub.

Ə.Allahverdiyev 1997-ci ildən 2012-ci ilədək ADPU-da "İqtisadi və sosial fənnlər" kafedrasının müdiri vəzifəsində çalışıb. 2012-ci ildən 2019-cu ilədək isə ADPU-nun Quba filialının direktoru olub. O, 2019-cu ildən universitetin Elmi təşkilat şöbəsinin müdiri idi.

Son xəbərlər

Orphus sistemi