ADNSU-nun iki sinif otağı və mühazirə zalına türk şəhid professorların adları verilib

ADNSU-nun iki sinif otağı və mühazirə zalına türk şəhid professorların adları verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professorların adları verilib.
Elm və təhsil
25 May , 2022 14:50
ADNSU-nun iki sinif otağı və mühazirə zalına türk şəhid professorların adları verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professorların adları verilib.

“Report” xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin Elmi Şurası qərar qəbul edib.

Qərara əsasən, iki sinif otağı və mühazirə zalına iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olan professor İlhan Varank və Erol Olçokun adları verilib.

Bundan başqa, ADNSU-da mərtəbələrdən biri “Azərbaycan-Türkiyə dostluq mərtəbəsi” olaraq müəyyən edilib, mərtəbənin bir dəhlizi isə qardaşlığa uyğun fotolarla bəzədilib.

Mərtəbənin açılışını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank edəcək.

Son xəbərlər

Orphus sistemi