ADNSU-da əməkhaqları artırılıb

ADNSU-da əməkhaqları artırılıb Bununla bağlı rektor əmr imzalayıb
Elm və təhsil
313
27 Aprel , 2016 18:12
ADNSU-da əməkhaqları artırılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının əmrinə əsasən, bu ali məktəbdə bir sıra işçilərin əməkhaqları artırılıb.

Bu barədə “Report”a ADNSU-nun mətbuat xidmətindən məlumat verilib.

Əmək haqqlarının artırılması Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” (244 saylı, 22.10.2012-ci il tarixli) qərarına əsasən, daxili resurslar hesabına həyata keçirilib.

Budəfəki artım texniki işçilərin, tədris köməkçi heyətin, təsərrüfat və elmi işçilərin əməkhaqlarında müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi