ADBTİA Şeffild Hallam Universiteti ilə əməkdaşlıq edir

ADBTİA Şeffild Hallam Universiteti ilə əməkdaşlıq edir Bakı. 6 noyabr. REPORT.AZ/ “Hazırda İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisi davam edir”.
Elm və təhsil
6 Noyabr , 2017 18:20
ADBTİA Şeffild Hallam Universiteti ilə əməkdaşlıq edir

Bakı. 6 noyabr. REPORT.AZ/ “Hazırda İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisi davam edir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyev yeni yaradılmış ixtisasların və aparılan yenidənqurma işlərinin geniş təqdimatından sonra deyib.

O bildirib ki, “İdman menecmenti” magistr proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə hazırlanıb tərtib olunub. Proqram rəhbəri isə sözügedən Universitetin idman akademiyasının sabiq direktoru professor Qay Mastermandır: “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason Media şirkətinin təsisçisi Den Meyson rəhbərlik edir. “İdman tibbi və reabilitasiya” ixtisasına Böyük Britaniyanın UCL Universiteti ilı birgə hazırlanıb və modul tiplidir. Proqram rəhbəri UCL-in aparıcı eksperti Maykl Pol Lusmordur. Bu gün baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov qonağımız idi. Akademiyanın müasir şəraiti ilə tanışlıq oldu”.

Son xəbərlər

Orphus sistemi