Rektor: "ADA" Universitetinin zəngin kitabxanası Azərbaycanda hər kəsə açıqdır"

Elm və təhsil
  • 28 avqust, 2015
  • 12:07
Rektor: ADA Universitetinin zəngin kitabxanası Azərbaycanda hər kəsə açıqdır

Bakı. 28 avqust. REPORT.AZ/ "ADA" Universitetinin zəngin kitabxanası Azərbaycanda kitabla, mənbələrlə maraqlanan hər kəsə açıqdır". "Report" xəbər verir ki, bunu "ADA" Universitetində keçirilən "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" adlı təlim proqramına həsr olunmuş tədbirdə çıxışı zamanı universitetin rektoru Hafiz Paşayev deyib.

"Biz bu gözəl kitabxananın hətta ilkin mərhələdə dizaynı ilə məşğul olanda fikrimiz o idi ki, bu kitabxana tək bir universitet üçün olmasın, ümumən Azərbaycanda kitabla, mənbələrlə maraqlanan hamı üçün açıq olsun. Kitabxanadan istifadə ilə bağlı qoyulan qaydalara uyğun şəkildə ondan yararlana bilərsiniz. Doğrudan da zəngin kitabxanadır. Daha da zənginləşəcək. Onun təkcə qurulmasına yox, indiki məzmununa da çox pul xərcləmişik. İstəyirik ki, kitabxana Azərbaycana qulluq etsin".

H.Paşayev Azərbaycandakı digər hansısa universitetdə bu qədər ingilis dilində mənbələrin olduğuna inanmadığını da qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti