ADA Universitetinfə hüquqşünaslıq üzrə magistr proqramı təqdim edilib.
“Report”un məlumatına görə, təqdimat mərasiminda universitetin rektoru Hafiz Paşayev, ədliyyə naziri Fərid Əhmədov, eləcə də həm universitetin, həm də nazirliyin əməkdaşları, digər qonaqlar iştirak edib.
Əvvəlcə proqramın ümumi tədris planı və digər tərəfləri barədə slayd nümayiş olunub.
Açılış tədbirində çıxış edən ədliyyə naziri və ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Fərid Əhmədov Azərbaycanın müasir hüquq sistemindəki islahatları və onların təhsil sisteminə müsbət təsirini vurğulayaraq, təqdim edilən magistr proqramını ölkəmizdə beynəlxalq standartlarda hüquq təhsili vermək üçün atılan strateji addım kimi qiymətləndirib.
Tədbirdə yekun nitqlə çıxış edən rektor Hafiz Paşayev vurğulayıb ki, peşəkar hüquqşünaslara olan ehtiyacı nəzərə alan, müvafiq sahədəki boşluqları doldurmaq səylərini dəstəkləyən ADA Universiteti bu yeni proqramı yalnız akademik nailiyyət kimi deyil, Azərbaycanın və onun aid olduğu regionun hüquq sisteminin gələcəyinə edilən elmi investisiya kimi dəyərləndirir.
Təqdimat ümumu müzakirələrlə davam etdirilib.
Foto: Samirə Həsənova