“ADA” Universitetində “Cümhuriyyət Tələbələri” mövzusunda inşa müsabiqəsi yekunlaşıb

“ADA” Universitetində “Cümhuriyyət Tələbələri” mövzusunda inşa müsabiqəsi yekunlaşıb Bakı. 22 may. REPORT.AZ/ “ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən silisilə tədbirlədən biri kimi tələbələr arasında keçirilən inşa müsabiqəsinə yekun vurulub.
Elm və təhsil
22 May , 2018 12:46
“ADA” Universitetində “Cümhuriyyət Tələbələri” mövzusunda inşa müsabiqəsi yekunlaşıb

Bakı. 22 may. REPORT.AZ/ “ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən silisilə tədbirlədən biri kimi tələbələr arasında keçirilən inşa müsabiqəsinə yekun vurulub.

Universitetdən "Report"a verilən məlumata görə, inşa mövzusu olaraq “Cümhuriyyət tələbələri” seçilib.

Müsabiqəyə namizəd görülən inşaların arasından yüz tələbə işi “Student Essays” toplumu şəklində çap edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin varlığının 23 ayı ərzində çoxsaylı çətinlik və təhdidlərə baxmayaraq milli kadr quruculuğu məqsədi ilə 102 gəncin xaricə oxumağa göndərilməsi və onların sonrakı taleləri inşalarda tədqiqat mövzusu olub. ADA tələbələri işləri ilə seçdikləri “cümhuriyyət tələbəsi”nin həyatına işıq salan, Vətənlərinə hansı töhvələri verdiklərinini araşdırıblar.

İnşa müsabiqəsinin nəticələrinə görə, Biznes İnstitutunun bakalavrı Könül Bədəlova həkim Mürsəl bəy Şahsuvarov, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Nərgiz Geybullayeva isə mühəndis Abbas bəy Atamalıbəyova həsr etdikləri inşalarına görə üçüncü yeri tutublar. Hər iki tələbə hədiyyə olaraq ADA Universitetinin yeni nəşri- ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi, professor Frederik Starrın müəllifi olduğu “Itirilmiş Maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü Ərəb İstilasından Teymurləngədək” kitabı təqdim edilib. 

İnşa müsabiqəsində ikinci yeri İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Roza Səfixanlı “cümhuriyyət tələbəsi” hüquqşunas Mustafa Ağa Vəkilov barədə yazdığı inşaya görə tutub. Tələbəyə İpad hədiyyə edilib. 

Müsabiqənin qalibi isə İctimai və Beynəlxlaq Münasibətlər İnstitutunun bakalavrı Ceyhun Əliyev publicist Hilal Munşizadə bardə yazdığı inşaya görə seçilib. Qalib tələbə Azərbaycanın Avropa İttifaqı ölkələrinin birindəki diplomatik nümayəndəliyində bu yay təcrübə keçmək imkanı qazanıb.

Son xəbərlər

Orphus sistemi