ADA Universiteti: “Məktəblərdə müəllimlər üçün ingilis dili dərsləri yaxşı nəticələr verəcək”

ADA Universiteti: “Məktəblərdə müəllimlər üçün ingilis dili dərsləri yaxşı nəticələr verəcək” İştirakçı sayının çoxluğu səbəbindən 2022-ci ildə “İngilis dilinin tədrisində mükəmməllik” konfransı hibrid formatda keçiriləcək.
Elm və təhsil
30 İyun , 2022 10:22
ADA Universiteti: “Məktəblərdə müəllimlər üçün ingilis dili dərsləri yaxşı nəticələr verəcək”

"İştirakçı sayının çoxluğu səbəbindən 2022-ci ildə “İngilis dilinin tədrisində mükəmməllik” konfransı hibrid formatda keçiriləcək".

“Report” xəbər verir ki, bunu jurnalistlərə ADA Universitetinin Akademik və Peşəkar Məqsədlər üçün İngilis dili proqramının direktoru Arzu Məmmədova bildirib.

O, Azərbaycanın müxtəlif regionlarından olan müəllimlər üçün ABŞ-dan olan müəllimlərin iştirakı ilə 15 həftəlik təlimin keçirildiyini vurğulayıb.

“Bu təlimin nəticəsini biz hiss edəcəyik, çünki məhz bu müəllimlər sonradan məktəblərimizdə dərs deyəcək”, - proqram direktoru deyib.

A.Məmmədova ABŞ-ın Azərbaycandakı səfirliyinə və Azərbaycanın ABŞ-dakı səfirliyinə, həmçinin kursların digər təşkilatçılarına minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi