ADA Universiteti Fondu ekoloji tərəfdaş adına layiq görülüb

ADA Universiteti Fondu ekoloji tərəfdaş adına layiq görülüb Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Eco-Hub" ekoloji platformasının birgə əməkdaşlığı ilə təşkil olunan "Tullantısız Azərbaycan uğrunda" adlı tədbirdə ADA Universiteti Fondu (Azərbaycan) ekoloji tərəfdaş adına layiq görülüb.
Elm və təhsil
28 İyul , 2023 13:09
ADA Universiteti Fondu ekoloji tərəfdaş adına layiq görülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Eco-Hub" ekoloji platformasının birgə əməkdaşlığı ilə təşkil olunan "Tullantısız Azərbaycan uğrunda" adlı tədbirdə ADA Universiteti Fondu (Azərbaycan) ekoloji tərəfdaş adına layiq görülüb.

"Report" xəbər verir ki, mükafat ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyevə təqdim edilib.

N.Hacıyev mərasimdə çıxışı zamanı bildirib ki, bu layihə çərçivəsində indiyədək 64 ton plastik tullantı toplanılıb: "Bakı və Qazaxda plastik butulkalar üçün nəzərdə tutulmuş 311 ədəd xüsusi zibil qutu yerləşdirilib. Cəmiyyəti ətraf mühitə həssas yanaşmağa həvəsləndirmək və təbiəti qorumağın önəmini təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirməyə davam edəcəyik".

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva isə deyib ki, bu istiqamətdə layihələr davam edəcək və yaxın tarixdə su ehtiyatlarının effektiv idarə edilməsi ilə bağlı yeni birgə layihəyə başlanılacaq.

Xatırladaq ki, ADA Universiteti Fondu fəaliyyətə başladığı gündən ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərdə fəal iştirak edərək ekoloji maarifləndirməyə əhəmiyyətli təsir göstərir, təkrar emal ənənəsinin inkişaf etdirilməsinə dəstək göstərir. Belə ki, 2014-cü ildən etibarən ağacəkmə kampaniyasının həyata keçirilməsində ön sıralarda olan Fond Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 2019-cu ildən “Təmiz ölkəm” layihəsini icra edir. Layihə müddətində paytaxtın ən sıx nöqtələrində, yaşayış ərazilərində, o cümlədən Qazax rayonunda plastik butulkalar üçün nəzərdə tutulmuş xüsusi zibil qutuları yerləşdirilib. Bu təşəbbüsün əsas məqsədi ictimaiyyəti təkrar emal haqqında maarifləndirmək, təkrar emal üçün plastik şüşələri toplamaq və çeşidləmək və bütün ölkədə təkrar emal təcrübəsini təşviq etməkdir.

ADA Universiteti Fondu həm də “Tullantısız dünya” proqramının iştirakçısıdır. Bu proqram 2025-ci ilə qədər məhsullarda istifadə olunan qablaşdırmanı 100 faiz təkrar emal edilə bilən hala gətirməyi hədəfləyir. Bundan başqa, Fond 8 şəhər və rayonu əhatə edən “Xəzəri qoruyaq” beynəlxalq sahilyanı təmizlik kampaniyasında da aktivliyi ilə seçilir. On gün davam edən kampaniya çərçivəsində ötən ilin sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

Son xəbərlər

Orphus sistemi